"Qalatasaray"ın rəqibi məlum olur
Çempionlar Liqasının püşkatma mərasimi saat 15.00-da, Avropa Liqasının isə mərasimi saat 16.00-da baş tutacaq.
16 Dekabr 2013 10:31 İdmanBu gün İsveçrənin Lion şəhərində futbol üzrə Çempionlar Liqasının və Avropa Liqasının püşkatma mərasimi keçiriləcək. Rusiya mətbuatının verdiyi məlumata görə, Çempionlar Liqasının püşkatma mərasimi saat 15.00-da, Avropa Liqasının isə mərasimi saat 16.00-da baş tutacaq. Xatırladaq ki, Çempionlar Liqasında qrup liderləri 2-ci yer tutanlarla qarşı-qarşıya gələcək. Qarşılaşacaq komandalar eyni ölkədən və eyni qrupdan olmayacaq. Avropa Liqasında isə qalan 24 komandanın hər birinin qarşılacağı klublar müəyyən ediləcək. Görüşlər fevralın 20-də və 27-də keçiriləcək. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31