Runi İngiltərənin ən varlı futbolçusudur

Hücumçu Ueyn Runinin 45 milyon funt sterlinqi var

İngiltərənin "Mançester Yunayted" futbol klubunun oyunçusu Ueyn Runi Premyer Liqanın ən varlı futbolçusudur. Rusiya mətbuatının verdiyi məlumata görə, bu informasiyanı Böyük Britaniyanın "Wealth-X" agentliyi yayıb. Hücumçu Ueyn Runinin 45 milyon funt sterlinqi var. 2-ci və 3-cü yer yenə də "Mançester Yunayted"in futbolçuları - Rio Ferdinanda (37 milyon funt) və Frenk Lamparda (31 milyon funt) qismət olub. Sonuncu 10-cu yerdə isə "Mançester Sti"nin oyunçusu Ceyms Milner (13 milyon funt) qərarlaşıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31