"Messi inanılmaz futbolçudur, Ronaldo isə..."
13 Dekabr 2013 19:00 İdmanBraziliya millisinin və "Real" (Madrid) klubunun sabiq hücumçusu Ronaldo yenidən Lionel Messi və Kriştiano Ronaldo haqda danışıb. Qol.Az-ın məlumatına görə, Ronaldo hər iki futbolçunun "Qızıl top"u qazanmağa layiq olduğunu bildirib:
"Messi üçün hər şeyimi qoyardım. O, inanılmaz futbolçudur. Son ayda zədəli olmasına baxmyaraq, əla oyun sərgiləyirdi. Ronaldoya gəldikdə isə o da "Qızıl top"u qazanmağa layiqdir. Hər iki futbolçu hazırda dünyanın ən yaxşısıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31