Vilya: "Barselona" məni "Arsenal"a buraxmadı"
13 Dekabr 2013 19:15 İdman"Atletiko" (Madrid) klubunun hücumçusu David Vilya mövsümün əvvəlində "Arsenal"dan təklif aldığını etiraf edib.
Qol.Az-ın məlumatına görə, Vilya həmin vaxt "Barselona"nın onu "Arsenal"a buraxmadığını bildirib: "Arsenal" mənə çox cəlbedici təklif göndərmişdi. Lakin həmin vaxt "Barselona" məni London klubuna buraxmadı. Nəticədə "Atletiko"ya transfer oldum. Bundan heç də peşman deyiləm. "Atletiko"nun formasını geyindiyim üçün çox şadam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31