Mourinyo "Barselona"nın nələrin hesabına uğur qazandığını açıqladı

"Qvardiola özü bilir ki, "Barselona" niyə bu qədər oyunda qalib gəlib".  Milli.Az Sports-a istinadən xəbər verir ki, "Real Madrid"in baş məşqçisi Joze Mourinyo yenə də əzəli rəqibləri "Barselona"nın hakimlərin hesabına qalib gəldiyinə eyham vurub. Onun fikrincə, kataloniyalılara həm daxildə, həm də avrokuboklarda hakimlər tərəfindən dəstək olur.
"Qvardiola ağıllı oğlandır və o bilir ki, "Barselona" nəyin hesabına bu qədər çox qalib gəlir. Buna necə nail olduğunu o çox dəqiq bilir", - deyə Mourinyo "Sky Italia"ya bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31