Bakıda kibertəhlükəsizlik məsələsi müzakirə ediləcək
26 Noyabr 2013 11:45 İdman19-cu Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı "Bakutel-2013" çərçivəsində bir sıra nüfuzlu tədbirlərin təşkili nəzərdə tutulur. Bu tədbirlərdən biri də 2-3 dekabr tarixlərində "Fourseasons" otelində keçiriləcək "Kibertəhlükəsizlik üzrə konfrans"dır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "Olaylar"a verilən məlumata görə, tədbirə Azərbaycan ev sahibliyi edəcək. Tədbir informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Dünya Bankı, Dünya İqtisadi Forumu, İNTERPOL, Azərbaycanın dəstəyi, "HP" şirkətinin sponsorluğu, Azərbaycan Hökuməti tərəfindən təşkil edilir. Konfrans kibertəhlükəsizlik mövzusunun bütün aspektləri üzrə müzakirələrə yönəlib.Tədbir, həmçinin internet məkanında əhəmiyyətli informasiyaların qorunması və bu sahədə qabaqcıl təcrübənin mübadiləsini təmin və təşviq etmək məqsədi daşıyır. Konfrans eyni zamanda gələcək əməkdaşlığın perspektivlərini araşdırmaq üçün hökumət, biznes, QHT-lərin yüksəksəviyyəli nümayəndə və aparıcı mütəxəssislərini bir araya gətirəcək.