Qvardiola taktikasını satan futbolçunu "Bavariya"dan qovmağa hazırlaşır
25 Noyabr 2013 11:52 İdmanAlmaniyanın "Bavariya" klubunun baş məşqçisi Xosep Qvardiola taktiki fikirlərini jurnalistlərə bildirən futbolçu ilə hesablaşmaq və müqaviləsini dayandırmaq niyyətindədir.İTAR-TASS-ın verdiyi məlumata görə, bu barədə Almaniya mətbuatı yazır.Daha əvvəl Almaniyanın "Bild" qəzeti milli çempionatın 13-cü turu çərçivəsində "Borussiya" ilə (3:0) oyundan əvvəl baş məşqçinin taktiki sxemini dərc etmişdi. X.Qvardiola qeyd edib: "Satqının kim olduğunun mənim üçün fərqi yoxdur. Mən onun "Bavariya"dan getməsini istəyirəm. O heç vaxt mənim komandamda oynamayacaq". trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31