Qurban Qurbanov: "Ustalıq səviyyəsi yüksək olan futbolçularımız qol vura bilmədilər"

Topaz Premyer Liqasının 14-cü turuna "Qarabağ" - "Rəvan" oyunu ilə yekun vurulub. Siasport.az saytının məlumatına görə, tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb-0:0. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:

Şahin Diniyev, "Rəvan" klubunun baş məşqçisi: "Bizim üçün çətin oyun oldu. Xallara ehtiyacımız var. Komandam yaxşı mübarizə apardı, meydanın hər yerində vuruşdu. İki futbolçumun olmaması komandanın oyununa təsir etdi. Oyunçularıma təşəkkür edirəm".

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Rəqib komandada məşqçi işi görünür. Oyunu müdafiədən qurmuşdular. Bu cür komandaya qarşı oynamaq həmişə çətin olur. Qol epizodlarından istifadə edə bilmədik. Ustalıq səviyyəsi yüksək olan futbolçularımız qol vura bilmədilər. Futbolda belə hallar olur. Tam istədiyim kimi hücum futbolu oynaya bilmədik. Hər iki komanda taktiki planda düzgün oyun qurmuşdu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31