Ronaldo "Qalatasaray"a qarşı oynayacaqmı?

"Almeriya" ilə matçda zədələnərək oyundan çıxmaq məcburiyyətində qalan "Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldonun son durumu məlum olub.
Qol.Az-ınn İspaniya mətbuatına mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçunun zədəsi ciddi olmasa da, onun Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la matçda forma geyib-geyinməyəcəyi hələlik məlum deyil.
Bu gün oyunçunun yenidən tibbi müayinədən keçəcəyi bildirilir.
Qeyd edək ki, Ronaldo "Almeriya" ilə matçdan sonra zədəsinin o qədər ciddi olmadığını daha da böyük problem yaşamaq istəmədiyi üçün oyundan çıxmaq istədiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31