Messi: "Mənə hələ də "Barselona" forması yaraşır"
25 Noyabr 2013 19:13 İdman"Barselona"nın futbolçusu Lionel Messi onu transfer etmək istəyən klubların olduğunu deyib. Qol.Az-ın məlumatına görə, "De Telegraaf"a danışan argentinalı hücumçu buna baxmayaraq, Kataloniya klubunda qalmaq istədiyini bildirib: "Bir neçə klubun məni transfer etmək istədiyi doğrudur. Ancaq mənə hələ də "Barselona" formasının yaraşdığını düşünür və burada qalmağı arzulayıram".
Hazırda zədəli olan Messi bu mövsümün onun üçün yaxşı keçmədiyini vurğulayıb: "Mövsümün ikinci yarısında yaşıl meydanlara qayıdacağıma ümid edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31