Hakan Şükür "Gülən camaatı"nın müdafiəsinə qalxdı
25 Noyabr 2013 11:21 İdmanTürkiyən hakim Ədalət və İnkişaf Partiyasından (AK) millət vəkili seçilən Hakan Şükür "dərshanə"lərlə bağlı hökumətlə Fətullah Gülənin tərəfdarları arasında yaşanan gərginliyə "Twitter"də münasibət bildirib. Türkiyə mətbuatının verdiyi məlumata görə, Hakan Şükür AK Partiyası ilə Fətullah Gülənin tərəfdarlarının qarşı-qarşıya gəlməsinin onu məyus etdiyini bildirib. Millət vəkili medianın məsələyə münasibətini də tənqid edib:
"Mənsubu olmaqla qürur duyduğum partiyamız ilə Fətullah Gülənin tərəfdarlarının bu şəkildə qarşı-qarşıya gəlmiş olmaları məni çox kədərləndirib. Möhtərəm Müəllimimiz ( Fettullah Gülən) baş nazirimizə hər zaman dua etdiyinin ən yaxın şahidlərindənəm. "Dərshanə" məsələsində gərək hökümət orqanlarında, gərəksə ictimai mediada göstərilən həssaslıq, bu günə qədər davam edən bu dostluğun zədələnilməsi narahatlığından qaynaqlanır.
"Dərshanə"lərə yalnız ticarət təşkilatları kimi baxmaq doğru deyil. Əlbəttə təhsil sistemimizin təkmilləşdirilməsi hamımızın prioritet vəzifəsidir. Amma bunu bir şeyi yıxaraq etməyə tərəfdar olmadığımı ifadə etmək istəyirəm. Bu günə qədər minlərlə gəncimizin universitetə daxil olmasına səbəb olan təşkilatların bağlanılmasının doğuracağı ictimai fəsadların qarşısını almaq çətin olacağını düşünürəm". ans