Bakıda avtomobil yarışı ilə bağlı bəzi yollar bağlanıb
“Azneft” dairəsindən Bayraq meydanına,“20-ci sahə” dairəsindən və Bakı-Salyan şosesinin 14-cü km-liyindən Bayraq meydanı istiqamətində hərəkət tam məhdudlaşdırılıb
23 Noyabr 2013 12:29 İdmanRSS Arxiv Podkast ANSPRESS TV Əlaqə Dil seçimi: Sosial şəbəkə:
SİYASƏT İQTİSADİYYAT DÜNYA HADİSƏ İDMAN MƏDƏNİYYƏT HƏYAT TƏRZİ
Müəllif
Hafiz ƏhmədovBaxılıb
117Kateqoriya
Yol Bakıda dünya GT3 avtomobil yarışının təşkili ilə əlaqədar bir sıra yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı şəhər baş Polis İdarəsinin Dövlət Yol polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, noyabrın 21-dən 24-ə qədər məhdudiyyətlər paytaxtın Səbayıl rayonu ərazisində yerləşən bir neçə yolda tətbiq olunacaq.
Avtomobil yarışının üçüncü seçim turu mərhələsinin başlanmasına start verdiyi üçün paytaxtın Neftçilər prospektində "Azneft" dairəsindən Bayraq meydanı istiqamətində, həmçinin "20-ci sahə" dairəsindən və Bakı-Salyan şosesinin 14-cü km-liyindən Bayraq meydanı istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.
Bu müddət ərzində paytaxtın Mikayl Hüseynov, Qurban Abasov, Aqil Quliyev, Aydın Nəsirov, Əhməd Yaqubov, Əlibəy Qardaşları, Aydın Məmmədov və Əli Nizami küçələri istiqamətində avtomobillərin hərəkətləri məhdudlaşdırılaraq isiqamətlər dəyişdiriləcək.
Paytaxtdan bölgələr istiqamətinə hərəkət edənlərin nəzərinə çatdırılır ki, keçirilən tədbirin beynəlxalq xarakterli, ölkə əhəmiyyətli olduğu nəzərə alınaraq, alternativ yollardan istifadə etsinlər.
Keçirilən avtomobil yarışını izləyəcək şəxslərin daşınması metronun "İçərişəhər ", "Elmlər Akademiyası", "Sahil" stansiyalarından, eləcə də "Azneft" dairəsindən, Milli Parkdan, Səməd Vurğun bağının qarşısından ayrılan xüsusi avtobuslarla təmin ediləcək.
Qeyd edək ki, dünya avtomobil yarışında Fransa, İtaliya, İspaniya, Almaniya kimi ölkələrdən olan 13 komandanın tərkibində 30-dan artıq avtomobil yarışacaq.
Bakı şəhər baş Polis İdarəsinin Dövlət Yol polisi İdarəsi həmin günlərədə əhalini şəxsi avtomobillərindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırıb.