Hafiz Məmmədov: “Lazım olsa, Falkao ilə İbrahimoviçi də alarıq”

"Lans" klubunu sahibi Hafiz Məmmədov Fransanın "Canal+Sport" kanalına müsahibə verib. Qol.Az-ın məlumatına görə, H.Məmmədov sahib olduğu komandadakı hədəflərindən danışıb. "Hədəfim "Lans"da uzun müddət qalmaqdır. Fransa yüksək liqasına vəsiqə qazanmalıyıq. Ən yaxşı olmaq üçün çalışırıq və buna görə də komandaya sərmayə qoymalıyıq. Necə lazımdırsa, klubu maliyyələşdiririk. Transfer pəncərəsi zamanı İbrahimoviç və Falkaonu ala bilərik? Niyə də yox? Lazım gələrsə, İbrahimoviç və Falkaonu da alarıq".

H.Məmmədov qeyd edib ki, "Lans" zamanı gələndə dünyanın ən yaxşı klubu olacaq. O, həmçinin deyib ki, hazırda Azərbaycanda çoxları "Lans"a azarkeşlik edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31