Qələbə sevinci 12 nəfərin həyatına son qoydu

Əlcəzair milli futbol komandasının Burkino Faso komandası üzərində qələbəsi faciə ilə nəticələnib. "OLAYLAR"-ın xarici ölkə KİV-inə istinadən verdiyi xəbərə görə. futbol azarkeşlərinin qələbə sevincləri 12 nəfərin ölümü, 240 nəfərin isə yaralanma ilə nəticələnib. Belə ki, avtomobillərlə qələbə sevinci yaşayan azarkeşlərdən 5 nəfəri mikroavtobusun aşması nəticəsində həyatını itirib.  Bundan başqa 7 azarkeş də fərqli qəzalar zamanı vəfat edib.

Qeyd edək ki, Əlcəzair yığması bu qələbəsi ilə 2014-cü il Dünya Çempionatına vəsiqə əldə etmiş olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31