"Liverpul" Suarezi 47 milyon avroya "Real"a satır

İngiltərənin "Liverpul" klubu hücumçusu Luis Suarezi Madrid "Real"ına satmağa razılıq verib. Qol.Az-ın məlumatına görə, bunun üçün Madrid təmsilçisi qarşı tərəfə 47 milyon avro ödəməlidir. Məbləğin yüksək olduğunu əsas gətirən "Real" rəhbərliyi hələlik Suarezin transferində tələsmək istəmədiklərini açıqlayıb. Lakin "kral klubu" 47 milyon avro ödəyəcəyi təqdirdə Suarez yanvar ayından "Real"da çıxış edəcək. 
Qeyd edək ki, İngiltərənin "Arsenal" klubu daha öncə uruqvaylı futbolçunun transferi üçün 50 milyon avro təklif etsə də, "Liverpul" bu məbləğlə razılaşmamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31