"Barselona" FİFA-nın qərarına etiraz etdi

FİFA-nın "Qızıl top" mükafatının qalibi üçün keçirilən səsvermənin vaxtını uzatması narazılıqla qarşılanıb. Qol.Az-ın məlumatına görə, Kataloniyanın mətbuat orqanları bu qərarı "Barselona"nın hücumçusu Lionel Messiyə qarşı bir addım olduğunu yazıb. Onlar FİFA-nın səsvermənin vaxtını uzatmaqla Kriştiano Ronaldonun bu mükafatı qazanmasına şərait yaratdığını iddia edirlər.

Qeyd edək ki, bu mükafat üçün əvvəlcə səsvermənin noyabrın 15-də başa çatacağı açıqlanmışdı. Ancaq sonradan FİFA bunu noyabrın 29-a qədər uzadıb və daha öncə səsverənlərə öz seçimlərində dəyişiklik etmək üçün icazə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31