Azərbaycanın idman tarixində ilk dəfə olaraq keçirilən deltaplan üzrə təlimlər başa çatdı

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının xətti ilə deltaplan üzrə təlim-məşqlər keçmək üçün Ukraynadan dəvət olunmuş təlimatçı Aleksey Tixovskinin keçirdiyi təlimlər başa çatıb. "OLAYLAR"ın məlumatına görə, təlimlərin başa çatması ilə əlaqədar FAİREX-in ofisində tədbir keçirilib.
Tədbirdə ilk dəfə olaraq deltaplan üzrə idmançılara beynəlxalq federasiyanın standartlarına uyğun sertifikatlar verilib. Qeyd edək ki, sertifikatları idmançılara təlimləri keçən və pilotlardan imtahanı qəbul edən deltaplan üzrə təlimatçı Aleksey Tixovski imzalayıb.
Qeyd edək ki, 10 iyul tarixində 4 fənn üzrə imtahanları müvəffəqiyyətlə verən ilk pilotlar deltaplan üzrə birinci mərhələ sertifikatlarına layiq görülüblər.
Tədbiri  giriş sözü ilə açan Federasiyanın prezidenti H.Bağırov pilotları bu əlamətdar gün münasibətilə təbrik edib və gələcək uçuşlarında onlara müvəffəqiyyətlər arzulayıb. Tədbirdə qeyd olunub ki, bir çox idman sahələrində "ilklərə" sahib olan ölkəmiz deltaplan idmanı sahəsində də respublikamızın idman tarixində ilk dəfə olaraq ibtidaidən başlayaraq sərbəst uçmaq imkanına malik olan pilotlar yetişdirib. Eyni zamanda, əminliklə ifadə olundu ki, bu inkişaf geriyədönülməzdir və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası daim bu xətti davam etdirəcəkdir.
Deltaplan üzrə təlim məşqlərinin növbəti sessiyasının avqust ayının sonu sentyabr ayının əvvəllərində ukraynalı məşqçi Aleksey Tixovskinin rəhbərliyi altında yeni toplanacaq idmançılarla davam etdirilməsi qərara alınıb.
Arzu edənlər təlim məşqlərdə iştirak edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31