FİFA bir oyunun nəticəsini ləğv etdi
21 Noyabr 2013 11:26 İdmanBeynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən CAR - İspaniya (1:0) matçının nəticəsi ləğv edilib. Qol.Az-ın məlumatına görə, FİFA buna səbəb kimi İspaniya millisinin 7-ci oyunçu dəyişkliyi etməsini göstərib. Görüşün 81-ci dəqiqəsində meydana sonradan daxil olan Viktor Valdes zədələndiyindən ispanlar görüşün baş hakimi və rəqib komandanın razılığı ilə digər qapıçı Pepe Reynanı oyuna daxil ediblər. Buna qədər isə Del Boske 6 dəyişiklikdən istifadə edibmiş. Qaydalara əsasən yoldaşlıq görüşlərində maksimum 6 oyunçu dəyişikliyi edilə bilər. Buna görə də FİFA oyunun nəticəsini ləğv edib.
Qeyd edək ki, bu oyun komandaların reytinqinə də təsir etməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31