"Çelsi"inin futbolçusu sıradan çıxdı

"Çelsi" klubunun futbolçusu Eşli Koul 1 həftəlik sıradan çıxıb. Qol.Az-ın "Guardian"a istinadən verdiyi məlumata görə, buna İngiltərə millisinin forma geyən müdafiəçinin Almaniya ilə yoldaşlıq oyununda zədələnməsi səbəb olub. Tibbi müayinədən keçən futbolçunun bir həftə forma geyməyəcəyi bildirilib. Bununla da o, Premyer Liqada "Aston Villa" ilə matçda iştirak etməyəcək.

Qeyd edək ki, İngiltərə - Almaniya matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31