Ronaldo: "İndi "Real" zamanıdır"
21 Noyabr 2013 11:22 İdman"DÇ-2014"ün "pley-off" mərhələsində İsveçlə matçda het-triklə yadda qalan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo artıq sadəcə "Real" (Madrid) klubunu düşündüyünü bildirib.
Qol.Az-ın məlumatına görə, klubun saytına danışan 28 yaşlı oyunçu deyib ki, bundan sonra Madrid təmsilçisində ən yaxşı oyununu nümayiş etdirməyə çalışacaq:
"Çətin və stressli bir həftə keçirdik. Amma indi "Real" zamanıdır. Nə qədər yorğun olsam da, meydana çıxıb əlimdən gələnin ən yaxşısını edəcəyəm. Azarkeşlərə qarşı bir məsuliyyətim var. Onların tələblərini yerinə yetirməyə çalışacam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31