"Borussiya"da iki ciddi itki
21 Noyabr 2013 00:04 İdmanAlmaniyanın "Borussiya" (Dortmund) klubu bundesliqada "Bavariya" ilə vacib matçöncəsi ciddi itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, komandanın iki futbolçusu - Mats Hummels və Marsel Şmelçer sıradan çıxıb. Hər iki alman oyunçu İngiltərə ilə yoldaşlıq matçında zədələnib. M.Hummelsin yanvar ayının ortasına qədər, M.Şmelçerin isə 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, "Borussiya" - "Bavariya" matçı noyabrın 23-ü baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31