Messi: “Özümü tam yaxşı hiss etmədən yaşıl meydana qayıtmayacağam”
20 Noyabr 2013 19:41 İdmanBu gün "Barselona"nın futbolçusu Lionel Messiyə "Qızıl buts" mükafatı təqdim olunub. Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, mükafatlandırma mərasimində argentinalı hücumçu bu uğuru çətin günlərində onun yanında olan insanlara həsr edib: "Komanda yoldaşlarım olmasaydı, bu mükafatı ala bilməzdim".
Hazırda zədəli olan Messi yaşıl meydanlara nə zaman qayıdacağı barədə də danışıb: "Yeni ilin ilk matçında iştirak edib-etməyəcəyimi bilmirəm. Özümü tam yaxşı hiss etmədən yaşıl meydana qayıtmayacağam".
Qeyd edək ki, Messi La Liqada noyabrın 10-da "Betis"lə matçda zədələnmişdi. Onun 6-8 həftə yaşıl meydanlarda uzaq qalacağı açıqlanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31