Avropa Olimpiya Komitəsinin 42-ci iclası keçiriləcək
20 Noyabr 2013 15:48 İdmanGənclər və idman naziri Azad Rəhimov Roma şəhərində baş tutacaq Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak etmək üçün İtaliyaya gedəcək. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə komitənin prezidenti və baş katibinin son 1 ildə görülmüş işlərlə bağlı hesabatları dinləniləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq. Noyabrın 23-dək davam edəcək tədbirdə Bakıda 2015-ci ildə keçiriləcək 1-ci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər haqqında Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyası və Bakı Avropa Oyunlarının Əməliyyat Şirkətinin hesabatları dinləniləcək. Həmçinin Baş Assambleyada 2013-2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni tərkibi seçiləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31