"Mançester Siti"nin "Barselona"nın qapıçısını istəyir

İngiltərənin "Mançester Siti" klubu "Barselona"nın qapıçısı Viktor Valdezi transfer etməyi planlaşdırır.  Qol.Az-ın məlumatına görə, Co Hartın son turlarda səhvlərlə yadda qalması klubun baş məşqçisi Manuel Peleqrinini hərəkətə keçirib. Təcrübəli mütəxəssis bu mövsüm möhtəşəm oyunu ilə adından söz etdirən "Barselona"nın qapıçısını komandasında görmək istəyir. Daha öncə verdiyi açıqlamasında Kataloniya klubunu tərk edəcəyini bildirən Valdezin "Mançester Siti"yə keçəcəyi istisna olunmur.
Qeyd edək ki, "Monako" klubunun da Valdezlə yaxından maraqlandığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31