Didye Deşam daha 3 il Fransa millisində
20 Noyabr 2013 11:50 İdmanFransa Futdol Federasiyasının (FFF) prezidenti Noel Le Qre milli komandanın "DÇ 2014"-ə vəsiqə qazanmasından dərhal sonra baş məşqçi Didye Deşamın yığmadakı taleyinə aydınlıq gətirib. Qol.Az-ın məlumatına görə, prezident qəti şəkildə bildirib ki, baş məşqçi ilə yeni müqavilə imzalanacaq. Oyundan sonra jurnalistlərə müsahibə verən Le Qre Deşamın müqaviləsinin 2016-ci ilə qədər uzadılacağını bildirib.
Qeyd edək ki, Fransa 2016-cı ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31