Türkiyə belaruslara qalib gəldi, ingilislər almanlarla bacarmadılar, dünya çempionlarına şok
20 Noyabr 2013 10:44 İdmanDünyanın bir sıra futbol üzrə yığma komandaları yoldaşlıq oyunlarında üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, bu dəfə də futbolsevərlər maraqlı görüşlərin şahidi olublar.
DÇ-2014-ə qatılmaq şansını itirən Türkiyə millisi evdə Belarusu sınağa çəkib. Ötən matç Adanada Şimali İrlandiyanı minimal hesabla məğlub edən qardaş ölkənin komandası bu dəfə də Mərsin şəhərində azarkeşlərinin qarşısına çıxıb. Fatih Terimin yetirmələri bu oyunda da qələbə qazanaraq komandadakı abı-havanı daha da yüksəldiblər.
Günün digər maraqlı görüşlərində isə İngiltərə Almaniyanı qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə nəticələnib.
Rusiya Cənubi Koreyanı, Cənubi Afrika Respublikasının yığması isə son dünya və Avropa çempionu İspaniyanı məğlub edib.
Beynəlxalq yoldaşlıq görüşləri
19 noyabr
Argentina - Bosniya və Hersoqovina - 2:0
QOLLAR: Aquero, 40, 66
Avstraliya - Kosta Rika - 1:0
QOL: Kehill, 69
Rusiya - Cənubi Koreya - 2:1
QOLLAR: Smolov, 9, Tarasov, 59 - Kim Şin-Vuk, 6
Sloveniya - Kanada - 1:0
QOL: Birsa, 53
Norveç - Şotlandiya - 0:1
QOL: Braun, 61
Türkiyə - Belarus - 2:1
QOL: Umut Bulut, 4, Burak Yılmaz, 89 - Rodionov, 10
Lixtenşteyn - Estoniya - 0:3
QOL: Zenyov, 45, Anyer, 61, 63
CAR - İspaniya - 1:0
QOL: Parker, 56
Hollandiya - Kolumbiya - 0:0
Qırmızı vərəqə: Lens, 36 (Hollandiya)
Polşa - İrlandiya - 0:0
Avstriya - ABŞ - 1:0
QOL: Yanko, 33
Belçika - Yaponiya - 2:3
QOL: Mirallas, 16 - Kakitani, 37, Honda, 53, Okazaki, 63
İngiltərə - Almaniya - 0:1
QOL: Mertesaker, 39