Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir keçiriləcək

Noyabrın 20-dən 27-dək Qazax rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Qəhrəmanlar unudulmur" devizi altında mini-futbol üzrə açıq Qazax rayon turniri keçiriləcək. Turnir Qazax Olimpiya İdman Kompleksində baş tutacaq. "OLAYLAR"-ın məlumatına görə, turnirin əsas təşkilatçısı "İnter Sekyuriti" MMC-dir. Belə ki, Milli qəhrəman Mübariz İbrahimov hərbi xidməti başa vurduqdan sonra "İnter Sekyuriti" MMC-yə işə qəbul edilib və 2009-cu ilədək həmin şirkətin nümunəvi əməkdaşı olub. Şirkət rəhbərliyi hər il Mübariz İbrahimovun xatirəsinin yad edilməsi üçün bir sıra tədbirlər təşkil edir. Turnirin digər təşkilatçıları "Qazax Olimpik" MMC, Qazax rayon Gənclər və İdman İdarəsi və "Gəncliyin təşəbbüsü" MİB-dir. Turnirdə 18 komanda iştirak edir. Yekunda fərqlənən komandalara kubok, medal, diplom, müxtəlif hədiyyələr və pul mükafatı veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31