Saviola: "Messinin oyunundan həzz ala bilmədim"

"Barselona" klubunun keçmiş hücumçusu Xavyer Saviola ulduz futbolçu Lionel Messi haqda danışıb. Qol.Az-ın məlumatına görə, futbolçu Messinin hələ gənc yaşlarından ulduz olacağını düşündüyünü bildirib: "Messi əsas komandaya yenicə çağırılmağa başladığı zaman mən klubdan ayrıldım. Onun göstərdiyi oyundan həzz ala bilmədim. Artıq o zaman hamı deyirdi ki, ikinci heyətdə bir futbolçu çox gözəl oynayır və o gələcəyin ulduzu olacaq. Bütün bu illər ərzində hər matçda 3-4 qol vuraraq Messi əsrarəngiz oyun sərgiləyib. İndi o, 1-2 qol vurduğu zaman hamı heyrətlənir ki, görəsən ona nə olub? Amma narahat olmağa dəyməz. Messi də bir insandır. Onun da zəif oynadığı vaxtlar və zədələri ola bilər. İstərdim ki, bu il də "Qızıl top"u Messi qazansın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31