"Barselona"nın futbolçusundan Ronaldoya dəstək
19 Noyabr 2013 19:39 İdman"Barselona"nın futbolçusu Pedro Rodriqez FİFA prezidenti Yozef Blatterin "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo haqda dediklərinə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu FİFA prezidenti Jozef Blatterin hərəkətlərinin yol verilməz olduğunu deyib. "Blatterin hərəkətləri yol verilməzdir. İnsanlara böyük hörmətlə yanaşmaq lazımdır. Başa düşürəm ki, onun öz fikri var, hansı ki, o seçimə də hörmət etmək lazımdır. Ancaq onun Ronaldo haqqında dediyi sözlər düzgün deyildi".
Xatırladaq ki, Blatter Ronaldo və Messini müqayisə edərək "bir futbolçu digərinə nisbətdə bərbərdə daha çox vaxt sərf edir". - deyə bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31