"Bakı" klubunun hücumçusu Mindauqas Kalonas Litva millisinin heyətində fərqlənib. Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu Moldova ilə keçirilən yoldaşlıq görüşündə rəqib qapısına yol tapıb.
Matçın 40-cı dəqiqəsində hesabı açan Kalonasın qoluna 31 dəqiqə sonra Lonita cavab verib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31