Mayk Tayson Bred Piti öldürmək istəyib
18 Noyabr 2013 17:09 İdmanDünyaca məşhur boksçu Mayk Taysonun həyatı haqda yazılan kitabda maraqlı etiraflar yer alıb. Məşhur boksçu ilk evliliyindən, həbsxana həyatından, narkotikə qurşanmasından danışıb. Tayson 1988-ci ildə ailə həyatı qurduğu xanım Robin Givens tərəfindən aldadıldığını, həyat yoldaşının ona aktyor Bred Pitlə xəyanət etdiyini söyləyərək bunları əlavə edib: "1988-ci ildə Robinlə ailə həyatı qurdum. Artıq bir il idi ki, evli idik. Lakin münasibətlərimizdə soyuqluq yarandığı üçün ayrı yaşamağı qərara aldı. Günlərin bir günü Robinin qaldığı evə getdim. Nə görsəm yaxşıdı? Həyat yoldaşım Bred Pitlə yataqda uzanmışdı. Pitin sifətini görərdiniz, elə bil ki, artıq həyatla vidalaşmışdı. Onu öldürməmək üçün mənə yalvarırdı". "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31