Almaniyanın türk əsilli futbolçusu Suriyada öldürüldü
18 Noyabr 2013 15:52 İdmanSami Hedira, Kevin-Prins Boatenq və Dennis Aoqo kimi futboluçarla birgə Almaniyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasında çıxış edən türk əsilli Burak Karan Suriyada qətlə yetirilib. Apasport.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı gənc sələfilərə qatılaraq, Suriyada Bəşər Əsəd rejiminə qaşı vuruşmağa qərar verib. Nəticədə bombardman zamanı həyatını itirib.
"Bayer", "Herta", "Hamburq" və "Hannover" kimi klubların aşağı yaş qruplarında oynayan Karan 2008-ci ildə, 20 yaşında futbolçu karyerasını bitirib. Onun bacısı açıqlamasında bildirib ki, qardaşı futbolu buraxdıqdan sonra yalnız cihad barədə danışırmış. Burak bir müddət öncə vəsait toplayaraq, Suriyada hakimiyyətə qarşı vuruşanlara göndərib. Lakin vəsaitin ünvana çatmadığını öyrənən Karan 7 ay öncə ailəsi və 2 uşağını götürərək, Suriyanın Türkiyə ilə sərhəddinə üz tutub. Burada döyüşçülərə qoşulan sabiq futbolçunun bəxti gətirməyib.
Hazırda Burak Karanın qardaşı Mustafanın onun həyat yoldaşı və uşaqlarını qaçqın sığınacaqlarında axtardığı bildirilir.