"Neymar Messi və Ronaldo səviyyəsində çıxış edir"

Braziliya yığma komandasının baş məşqçisi Luis Felipe Skolari Joze Mourinyonun "Barselona" klubunun hücumçusu Neymarı tənqid etməsinə qarşı çıxıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis Neymarın artıq Messi və Ronaldo səviyyəsində çıxış etdiyini bildirib:
"Mourinyo yaxşı bacardığı işlə məşğuldur. O, bilir ki, Neymar artıq Messi və Ronaldo ilə eyni səviyyədə çıxış edir. Bu səbəbdən Çempionlar Liqasında "Çelsi" ilə "Barselona"nın üzləşəcəyi halda öz işini sığortalamaq istəyir. Mourinyo bilərəkdən ictimaiyyəti Neymara qarşı yönəldir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31