Ronaldo Blatterdən qisas alır!

Kriştiyanu Ronaldo, FİFA prezidenti Josef Blatterdən qisas almaq üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı ulduz futbolçu, bir neçə gün bundan əvvəl ona qarşı kəskin açıqlamalar verən J.Blatteri boykot etmək məqsədi ilə FİFA-nın təsis etdiyi "Qızıl top" mükafatının təqdimat mərsaiminə qatılmayacaq. Bu barədə ispaniya mətbuatı xəbər verir. İspaniyalı həmkarlarımız yazırlar ki, J.Blatterin Leonel Messini K.Ronaldodan üstün tutması barədə səsləndirdiyi fikirlər, portuqaliyalı futbolçunu bərk qəzəbləndirib. Xəbərdə deyilir ki, artıq K.Ronaldo bu barədə Madrid klubunun rəhbərliyini də məlumatlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31