Bekhem kral ailəsi ilə qonşu oldu

Məşhur cütlük şahzadə Uilyam və Keyt Midltonla qonşu olacaq

İlin ən dəbli kişisi seçilən, məşhur futbolçu Devid Bekhem və stilist, dizayner Viktoriya Bekhem Londonda yeni malikanə alıb. Məşhur cütlük şahzadə Uilyam və Keyt Midltonla qonşu olacaq. Bekhemlər ailəsi 80 milyon dollar xərcləyəcəyi 7 mərtəbəli evə gələn il köçəcək.
Qeyd edək ki, Devid Bekhemlə şahzadə Uilyam arasında dostluq əlaqələri var. 2007-ci ildə onlar birlikdə London Olimpiadasına hazırlıq işlərinə rəhbərlik edib. 2011-ci ildə isə Devid və Viktoriya Uilyamla Keytin toy mərasimində iştirak edib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31