Pepe: "Ronaldoya haqsızlıq edilir"
15 Noyabr 2013 19:23 İdman"Real"ın (Madrid) futbolçusu Pepe komanda yoldaşı Kriştiano Ronaldoya "Qızıl top" mükafatında haqsızlıq edildiyini düşünür. Qol.Az-ın məlumatın görə, "AS" danışan portuqaliyalı müdafiəçi deyib ki, Ronaldonun bu mükafatı futbolçu karyerası ərzində bir dəfə qazanması düzgün deyil: "Kriştianoya edilən hərəkət böyük səhvdir. Ona haqsızlıq edilir. Ümid edirəm ki, heç olmasa, bu il "Qızıl top"u Ronaldo qazanacaq".
Qeyd edək ki, 2007, 2008, 2009, 2011 və 2012-cü illərdə həmin mükafata namizəd oyunçular arasında portuqaliyalı hücumçu da yer alıb. O, yalnız 2008-ci ildə "Qızıl top"u qazanıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31