"Həyat yoldaşım "Qızıl top" üçün evdə xüsusi yer hazırlayıb"

"Bavariya" və Fransa yığmasının hücumçusu Frank Riberi namizəd olduğunu "Qızıl top" mükafatı haqqında danışıb. Qol.Az-ın məlumatına görə, futbolçu artıq "Qızıl top" üçün evdə xüsusi bir yerin hazırlandığını bildirib. "Həyat yoldaşım artıq "Qızıl top" üçün xüsusi bir yer hazırlayıb. Mən bu haqda düşünməməyə çalışıram. Lakin həyat yoldaşım və bütün "Bavariya" əmindi ki, mən qələbə qazanacağam" - deyə Riberi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31