Fatih Terim: "Fənərbaxça" azarkeşləri məni təəccübləndirdi"

Türkiyə millisinin baş məşqçisi Fatih Terim Superliqanın son turunda baş tutan "Fənərbaxça" - "Qalatasaray" derbisində meydan sahiblərinin azarkeşlərinin "İmperator Fatih Terim" şüarları səsləndirməsinə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, "CNN Türk"ə danışan "Qalatasaray"ın sabiq baş məşqçisi "Fənərbaxça"lı azarkeşlərin bu davranışının onu təəccübləndirdiyini deyib:
"Oyunu izləyərkən bir anda yüksələn "imperator" sədalarını eşitdim və çox məmnun oldum. "Fənərbaxça"lı azarkeşlər məni təəccübləndirdi. Artıq Türkiyədə hər kəs bütün prosesləri yaxından izləyir. Bütün ölkədə hər kəs üçün xüsusi bir yerimin olduğunu düşünürəm".
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31