Aleks Fergusyonun keçmiş köməkçisi "Fulhem"də!

Vaxtı ilə "Mançester Yunayted" futbol klubunda Aleks Fergusyonun köməkçisi olmuş Rene Meulensten, bundan sonra "Fulhem"də çalışacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə "Fulhem"in rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir ki, təcrübəli hollandiyalı mütəxəsssis "Fuhelm"in baş məşqçisi Martin Jolun köməkçisi olaraq fəaliyyətə başlayacaq. Məlumatda deyilir ki, 2007-2013-cü illərdə "Mançester Yunayted"lə bir dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə isə futbol üzrə İngiltərə çempionluğunu başı üzərinə qaldıran R.Meulensten, bundan sonra "Fulhem"in uğurları üçün çalışacaq. Qeyd edək ki, A.Fergusyon "Mançester Yunayted"i tərk edən kimi, hollandiyalı məşqçi də "qırmızı şeytanlar"ın məşqçilər korpusundan istefa vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31