Prandelli İtaliya millisindən ayrıla bilər
14 Noyabr 2013 19:29 İdmanİtaliya millisinin baş məşçqçisi Çezarri Prandelli yığmadan ayrıla bilər.
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə təcrübəli mütəxəssis Almaniya yığması ilə hazırlıq matçı öncəsi məlumat verib.
Dünya çempionatından sonra komandadan gedib-getməyəcəyi ilə bağlı sualı o, belə cavablandırıb: "Nələrin olacağını görəcəyik. İtaliyanın baş məşqçisinizsə, həm üzərinizdə böyük təzyiq olur, həm də azarkeşlər sizdən çox şey gözləyir" - deyə Ç.Prandelli bildirib.
Qeyd edək ki, hazırkı çalışdırıcının yığmadan ayrılacağı təqdirdə, komandaya "Qalatasaray"ın baş məşqçisi Roberto Mançinin gətiriləcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31