"Çelsi"nin kapitanı azarkeşlərdən üzr istədi

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda gərəksiz yerə rəqibə qarşı kobudluq edərək qırmızı kartla oyundan qovulmuş Con Terri əməlindən peşmandır. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, həlledici matçda komandasını azlıqda qoymuş, üstəlik, klubuna turnirin finalında kömək edə bilməyəcək kapitan əməlinə görə hər kəsdən üzr istəyib."Epizodun təkrarını izlədim. Bu, dəhşətdir. Mən kimisə məqsədli şəkildə zədələyəcək oyunçulardan deyiləm. Dizimi belə qaldırmamalı idim. Ümid edirəm ki, məni tanıyan insanlar belə oyunçu olmadığımı bilirlər. Çox məyus, eyni zamanda uşaqlara görə çox sevincliyəm. Onların hamısından üzr istəmişəm. Azarkeşlərdən də üzr istəyirəm", - deyə Terri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31