"Barselona"nın müdafiəçisi xəstəxanaya yerləşdirildi
25 Aprel 2012 14:17 İdman"Barselona"nın Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə keçirdikləri qarşılaşmada zədə almış müdafiəçisi Xerard Pike xəstəxanaya yerləşdirilib. Milli.Az "Reuters"ə istinadən xəbər verir ki, həkimlər ona beyin silkələnməsi diaqnozu qoyublar. Futbolçunun sağlamlığına ciddi bir təhlükə olmasa da, həkimlər ona hər ehtimala qarşı xəstəxanada qalmağı məsləhət görüblər.Xatırladaq ki, Pike qarşılaşmanın 16-cı dəqiqəsində öz komandasının qapıçısı Valdeslə toqquşduqdan sonra oyunu davam etdirə bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31