Hamit Altıntop “Qalatasaray”da!

“Cim-Bom” “Real Madrid”in futbolçusunu aldı

Türkiyənin "Qalatasaray" klubu növbəti futbolçu transferini həyata keçirib. Lent.az-ın məlumatına görə, "sarı-qırmızılar" İspaniya "Real Madrid"inin və Türkiyə milli komandasının yarımmüdafiəçisi Hamit Altıntopu heyətinə cəlb edib. 30 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, Altıntopa ildə 3,2 milyon avro, "Real Madrid"ə isə 2 milyon avro ödəniləcək. Qeyd edək ki, Hamit Altıntop 1982-ci il noyabrın 8-də Almaniyanın Gelzenkirxen şəhərində doğulub. O, "Real Madrid"ə keçənədək Almaniyanın "Vattenşeyd", "Şalke", "Bavariya" klublarında çıxış edib. Türkiyə millisinə də cəlb olunan futbolçu 73 matçda 7 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31