Flavinyo: "O, utanmadan mənə sarı vərəqə göstərdi"

"Neftçi"nin futbolçusu Flavinyo AFFA İntizam Komitəsinin "Xəzər Lənkəran"la oyunda ona göstərilən sarı vərəqənin ləğv olunması qərarına münasibət bildirib.Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, Flavinyo bildirb ki, buna qədər də hakim Elçin Məmmədovun idarəçiliyi ilə keçirdikləri oyunlarda rəqib futbolçular ona qarşı amansız davranıblar."Hətta bir görüşdə ağır zədə almışdım və bəxtim gətirmişdi ki, ayağım sınmamışdı. "Xəzər Lənkəran"la oyunda da Elçin Məmmədov utanmadan, haqsız yerə mənə sarı vərəqə göstərdi. Həmin epizodun kadrlarına baxarkən də dediklərim təsdiqini tapır. Buna görə də mənə göstərilən vərəqənin ləğv olunacağına inanırdım. Komanda rəhbərliyi və futbolçu dostlarım da sona kimi yanımda oldular. AFFA-nın İntizam komitəsi haqlı olduğumu qərarı ilə təsdiqlədi. "Neftçi" ilə müqaviləmin bitməsinə hələ iki il var. Bu müddətdə də çalışacam ki, gözəl oyun nümayiş etdirib, komandamızın uğurlarında pay sahibi olum" - deyə Flavinyo bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31