"Neftçi"də biri getdi, biri qayıtdı
17 Aprel 2012 14:33 İdman"Neftçi" futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "İnter"lə ilk oyununa tam heyətlə çıxa bilməyəcək. Azerisport.az xəbər verir ki, komandanın əcnəbi oyunçularından biri matçı buraxacaq.
"İnter"lə Premyer Liqanın 28-ci turunda baş tutan oyunun 76-cı dəqiqəsində zədələnərək yerini Elvin Yunuszadəyə verən Alessandro Viana da Silva hələ sağalmayıb. Məşq etməyən braziliyalı "İnter"lə oyunu baraxacaq.
Əvəzində Flavinyonun meydana çıxacağı dəqiqləşib. "Bakı" matçında zədələnən və "İnter"lə oyuna qədər sağalan Flavinyo "İnter"lə oyunun 65-cı dəqiqəsində yenidən zədə alaraq Cavid Hüseynovla əvəzlənmişdi. Lakin "sambaçı" artıq məşqlərə başlayıb. Onun kubok oyununda meydana çıxacağı dəqiqləşib.
Qeyd edək ki, "Neftçi"nin kapitanı Rail Məlikov da bu matçı buraxmalı olacaq.