Mourinyo almanlara finala çıxmağın sirrini açıqladı

Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo bildirib ki, bu gün onun komandasını Münhen "Bavariya"sı ilə Çempionlar Liqasında çətin oyun gözləyir.Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, Mourinyo ilk yarımfinal matçında komandasının 1:2 hesabıyla uduzduğunu xatırladıb."Buna görə də "Bavariya" ilə görüşdə məqsədimizin nə olduğunu yaxşı bilirik. Ona görə də əlimizdən gələni edəcəyik. "Bavariya"lı futbolçular bilirlər ki, qol vurmasalar, finala çıxa bilməyəcəklər. Fikrimcə, hücum edən təkcə "Real" olmayacaq. "Bavariya" yaxşı sözlərə layiqdir. Orada səviyyəli məşqçi çalışır, komandanın heyəti isə çox güclüdür. Bu mənada, "Bavariya" finala çıxmaq haqda düşünməkdə haqlıdır", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31