“Nomme Kalyu”nun baş məşqçisi: “Çox kobud səhvlər buraxdıq”
11 İyul 2012 13:45 İdman"Biz Lənkəranda daha yaxşı oynadıq. Bu gün isə çox kobud səhvlər buraxdıq ki, nəticədə məğlub olduq".
Qol.Az-ın azerisport.com saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Estoniyanın "Nomme Kalyu" klubunun baş məşqçisi İqor Prins bu gün "Xəzər Lənkəran"la oyundan sonra deyib.
O, Avropa Liqasını tərk etdiklərinə görə təəssüfləndiyini söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31