Del Pyeronun yeni klubu məlum oldu
11 İyul 2012 13:17 İdmanİtaliya milli komandasının və "Yuventus" klubunun keçmiş futbolçusu Alessandro Del Pyero karyerasını Tailand çempionatında davam etdirəcək. Lent.az-ın "La Gazetta dello Sport"a istinadən verdiyi məlumata görə, 37 yaşlı yarımmüdafiəçi tezliklə "Muan Tonq Yunayted"lə 2 illik müqavilə bağlayacaq.Anlaşmaya əsasən, Del Pyero hər mövsümdə 5 milyon avro qazanacaq. "Yuventus"la müqaviləsi başa çatan təcrübəli futbolçu ilə Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Braziliya, habelə, Şimali Amerika klubları maraqlanırdı. Qeyd edək ki, Alessandro Del Pyero karyerasına "Padova"da başlayıb. O, 1993-cü ildə "Yuventus"a keçib. Del Pyero "Qoca Sinyora"nın heyətində 6 dəfə İtaliya çempionluğu (bunlardan 2-si korrupsiya qalmaqalı ilə əlaqədar ləğv olunub), 1996-cı ildə Çempionlar Liqasını, İtaliya millisində isə 2006-cı il dünya çempionluğu qazanıb.