UEFA Rusiya klubunu cəzalandırdı
31 Oktyabr 2013 11:40 İdmanUEFA-nın Nizam-İntizam Komitəsi Rusiyanın CSKA (Moskva) futbol klubunu cəzalandırıb.
Lent.az-ın "BBC"yə istinadən məlumatına görə, qərar əsasən, "Arena Ximki" stadionu klubun Avropa Çempionlar Liqasında keçirəcəyi oyunlar üçün müəyyən fasilələrlə qapadılıb.
"D"tribunası noyabrın 27-də Almaniyanın "Bavariya" kulubu üçün oyun zamanı bağlanacaq. Bu qərarın qəbul edilməsinə səbəb CSKA - "Mançester Siti" oyunun zamanı Rusiya futbol azarkeşlərinin irqçi şüarlar söyləməsi olub.
Oyundan sonra İngiltərə klubunun Kot d-İvuardan olan futbolçusu Yaya Ture bildirib ki, rusiyalı futbol tamaşaçılarının davranışından məyus olub. "Mançester Siti" futbol klubunun rəhbərliyi məsələ ilə bağlı UEFA-ya rəsmi şikayət edib. Baş vermiş olay FİFA-nı da maraqlandırıb. CSKA-nın rəhbərliyi isə bunları təkzib edib.
Xatırladaq ki, həmin oyun 1:2 hesabı ilə ingilislərin xeyirinə başa çatıb.