Ronaldo Blatterin cavabını yaşıl meydanda da verdi

"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo FİFA prezidenti Sepp Blatterin cavabını yalnız sözlə deyil, yaşıl meydanda da verib. Qol.Az-ın məlumatına görə, Blatter portuqaliyalı hücumçunun meydana komandır kimi çıxdığını bildirmişdi.
La Liqada Madrid klubunun "Sevilya"nı qəbul etdiyi qarşılaşmada (7:3) üç dəfə fərqlənən Ronaldo qol vurduqdan sonra sevincini əsgər salamı ilə qeyd edib. Bununla da o, FİFA prezidentinin cavabını bir daha vermiş olub.

Qeyd edək ki, Blatter həmçinin Messinin Ronaldodan daha yaxşı oyunçu olduğunu demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31